Kommunikasiya (kanalizasiya xətləri, yağış suyu xətləri, hidrant xətləri və drenaj xətləri) işləri
Bakı
OSKAD tərəfindən icra olunan layihə çərçivəsində Promap Group MMC tərəfindən kommunikasiya infrastrukturunun tikinti və quraşdırma işləri yüksək mühəndislik standartlarına uyğun şəkildə həyata keçirilmişdir. Layihə çərçivəsində yeraltı kommunikasiya xətlərinin çəkilməsi, baxış quyularının quraşdırılması və sistemin təhlükəsiz, dayanıqlı istismarını təmin edən bütün zəruri infrastruktur işləri dəqiqliklə icra olunmuşdur. Görülən işlər mühəndis-kommunikasiya şəbəkəsinin etibarlılığını artıraraq uzunmüddətli və səmərəli istismarı təmin edir.