Keyfiyyətə Zəmanət / Keyfiyyətə Nəzarət Siyasəti
"Promap Group" tətbiq olunan standartlara və müştəri tələblərinə uyğun olaraq keyfiyyətli, etibarlı və səmərəli məhsul və xidmətlərin ardıcıl, vaxtında təqdim edilməsini təmin edən peşəkar mühəndislik və tikinti şirkəti kimi fəaliyyət göstərir.
Bu məqsədə nail olmaq üçün şirkət aşağıdakı prinsiplərə sadiqdir:
- Rəhbərlik keyfiyyətin bütün fəaliyyətlərimizin əsas prinsipi olduğunu nümayiş etdirir və “İlk dəfədən düzgün et, hər dəfə düzgün et” fəlsəfəsini dəstəkləyir.
- Şirkət Planlaşdır–İcra et–Yoxla–Tədbir gör (PİYT) yanaşmasını tətbiq etməklə ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi tələblərinə uyğunluğu təmin edir və davamlı olaraq qoruyur.
- Bütün əməkdaşlar şirkətin keyfiyyət standartlarına və müştərilərin müəyyən etdiyi tələblərə riayət olunmasına görə məsuliyyət daşıyırlar.
- Uyğunsuzluqların vaxtında aşkar edilməsi məqsədilə bütün fəaliyyət sahələrində müvafiq keyfiyyət nəzarəti tədbirləri həyata keçirilir, aşkar edilmiş nöqsanların təkrarlanmasının qarşısını almaq üçün effektiv korrektiv və preventiv tədbirlər görülür.
- Keyfiyyət idarəetmə sistemimiz proaktiv yanaşmaya əsaslanır və operativ nəzarət mexanizmlərinin tətbiqi, effektiv auditlərin aparılması, əlavə dəyər yaradan təhlillərin həyata keçirilməsi, insan resurslarının inkişafı və optimal yerləşdirilməsi vasitəsilə davamlı təkmilləşdirməyə yönəlmişdir.
- Təşkilatda risk əsaslı düşüncə təşviq edilir, məhsul və xidmətlərin təqdim edilməsi ilə bağlı risklər müəyyən edilir, qiymətləndirilir və effektiv şəkildə idarə olunur.
- Keyfiyyət məqsəd və hədəfləri mütəmadi olaraq müəyyən edilir, nəzərdən keçirilir, ölçülür və təşkilatın bütün aidiyyəti tərəflərinə aydın şəkildə çatdırılır.
- Müştəri məmnuniyyətinin artırılması, qanunvericilik və normativ tələblərə uyğunluğun təmin edilməsi, həmçinin keyfiyyət idarəetmə sisteminin effektivliyinin davamlı olaraq yaxşılaşdırılması şirkətin əsas öhdəliklərindəndir.
Bu siyasət təşkilatın bütün fəaliyyət sahələrində tətbiq edilir və bütün əməkdaşlar tərəfindən başa düşülərək icra olunur.
Təhlükəsizlik, Sağlamlıq və Ətraf Mühit Siyasəti
"Promap Group" MMC fəaliyyətinin bütün istiqamətlərində təhlükəsizlik, sağlamlıq və ətraf mühitin mühafizəsini əsas prioritet hesab edir. Şirkətimiz işçilər, müştərilər, təchizatçılar, podratçılar və tikinti sahəsini ziyarət edən bütün şəxslər üçün təhlükəsiz və sağlam iş mühiti yaratmağa sadiqdir.
Biz inanırıq ki, peşə risklərinin qarşısının alınması, təhlükəsiz iş mədəniyyətinin formalaşdırılması və ətraf mühitin qorunması yalnız əməkdaşlıq, məsuliyyət və davamlı inkişaf prinsipləri əsasında mümkündür.
Bu məqsədlə biz:
- təhlükəsizlik, sağlamlıq və ətraf mühit üzrə qüvvədə olan qanunvericilik və normativ tələblərə riayət edirik;
- riskləri qabaqcadan müəyyən edir və onların qarşısının alınması üçün effektiv tədbirlər həyata keçiririk;
- işçilərimizin təhlükəsizlik bilik və bacarıqlarının artırılması üçün davamlı təlimlər təşkil edirik;
- təbii ehtiyatlardan səmərəli istifadə edir, tullantıların və çirklənmənin minimuma endirilməsinə çalışırıq;
- işçilərimiz, müştərilərimiz və biznes tərəfdaşlarımızla birlikdə təhlükəsizlik mədəniyyətinin inkişafına töhfə veririk;
- SƏTƏM (HSE) idarəetmə sistemimizi davamlı olaraq təkmilləşdirərək yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk.
"Promap Group" MMC üçün təhlükəsizlik sadəcə bir tələb deyil, korporativ mədəniyyətimizin ayrılmaz hissəsi və hər bir əməkdaşın ortaq məsuliyyətidir.